Bakıda 76 yaşlı qadın mənzilində meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.