Bakıda 5 min manatlıq qələm oğurlanıb
29 mart 2014 11:57 (UTC +04:00)

Bakıda 5 min manatlıq qələm oğurlanıb

0

Bakıda bahalı qələm oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 27-də Bakı şəhər sakini Aydın Beyişov PB-yə ərizə ilə müraciət edərək bildirib ki, 25.03.2014-cü il tarixdə Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nicat Mikayılov tutulub.

 

Qeyd edək ki, Aydın Bəyişov hüquq müdafiəçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1629

Oxşar yazılar