Bu gün Bakıda intihar hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İnqilab İsmayılov küçəsi 10, mənzil 23 ünvanında 1958-ci il təvəllüdlü Ağabəyov Zahid Əhməd oğlu özünü asaraq intihar edib. Z.Ağabəyovun asılı vəziyyətdə qalmış meyitini ailə üzvləri hamam otağında aşkarlayıb. Onun pərdə ilə özünü asdığı məlum olub.
Faktla bağlı araşdırmalar aparılır. 56 yaşlı kişinin hansı səbəbdən intihar etdiyi məlum deyil.