Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binə-Mərdəkan yolunda “MG 6” markalı avtomobil 1959-cu il təvəllüdlü Sərəndar Əlişovanı vurub. Qadın hadisə yerindəcə keçinib.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisədən az öncə S.Əlişova bir neçə nəfərlə birlikdə yolu keçməyə çalışıb. Bu zaman sürətlə gələn avtomobili görən digərləri qəzadan yayına bilib, 54 yaşlı qadın isə özünü itirərək maşının altına düşüb.
Faktla əlaqədar Xəzər RPİ-də cinayət işi açılıb.