Bakı şəhərinin Səbail rayonu ərazisində usta işlədiyi evdə vəfat edib. rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsində, Rəşad Mehdiyevə məxsus fərdi yaşayış evində təmir işləri aparan fəhlə, Sumqayıt şəhər sakini, 1963-cil təvəllüdlü İbadov Səməd Səmid oğlunun meyiti tapılıb. Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin məlumata görə, S.İbadov ürək çatışmazlığından ölüb. Araşdırmalar davam etdirilir.