Bakıda bıçaqlanma hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ötən il noyabrın 25-də Suraxanı rayonunda Xəyal Əliyevə ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Fadil İdris oğlu Hacıyev tutulub. Şübhəli şəxs ətrafında aparılan istintaq, əməliyyat-axtarış tədbirləri müəyyən olunub ki, o hadisəni 1994-cü il təvəllüdlü Vüsal Şəmistan oğlu Salmanovla birlikdə törədib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə V.Salmanov da tutulub.
Bənzər hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 22-də saat 22 radələrində, Xocasən qəsəbəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Şəhriyar Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Rafiq Adil oğlu Əsədov tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.