Dünən Bakıda 9 yaşlı qız qəfil dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, hadisə 1-ci Alatava, ev 2 ünvanında baş verib. Həmin ünvanda yaşayan 2005-ci il təvəllüdlü Süleymanova Səadət Nəriman qızı dünyasını dəyişib.
Bundan başqa, martın 23-də Yasamal rayonunda daha bir azyaşlı dünyasını dəyişib. 2011-ci il təvəllüdlü Hüseynov Əli Vaqif oğlu xəstəxanada ikən ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır. Hər iki ölüm hadisəsində cinayət motivi yoxdur.