Bakıda 49 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kalinin küçəsində yaşayan 1966-cı il təvəllüdlü Elçin Hənəfiyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. İlkin dindirmə zamanı o, qardaşı tərəfindən bıçaqlandığını deyib. Növbəti araşdırmalar zamanı isə yaralının ruhi-əsəb xəstəsi olması və qardaşı ilə mübahisə zamanı özünə xəsarət yetirməsi üzə çıxıb.
Oxşar hadisə Binəqədidə də baş verib. Sulutəpə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Bəkirov Rəfael Elxan oğlu intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma davam etdirilir.