Bakı şəhərinin Səbail rayonu ərazisində gənc qıza qarşı xuliqanlıq edilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İstiqlaliyyət küçəsi 31 ünvanının qarşısında naməlum şəxs, İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Nağızadə Ülkər Məmmədhəsən qızını döyüb.
Hadisə ilə bağlı polisə Ü.Nağızadə məlumat verib. O bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında tanımadığı oğlan ona söz atıb. Gənc qız sözlə həmin şəxsin cavabını verib. Bunu həzm edə bilməyən oğlan qıza hücum çəkib və ona yumruqla zərbələr endirib.
Hazırda Ü.Nağızadənin müraciəti ilə bağlı araşdırmalar aparılır.