Bakıda qətl törədən şəxs tutulub. Bakı şəhər Baş Polis İdrəsindən Lent.az-a verilən məlumata görə, DİN Təhlükəsiz Şəhər Xidməti, Səbail RPİ 8-ci PB, Sabunçu RPİ 13-cü PB, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 16-da saat 19:10 radələrində Bibiheybət qəsəbəsində sərxoşluq zəminində 1991-ci il təvəllüdlü Elvin Heseynlini bıçaqla qətlə yetirməkdə və bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarəti vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə müəyyən olunaraq tutulub.
Araşdırmalar davam etdirilir.
*****
18 fevral 19:04
Bu gecə Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsində 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən 34 yaşlı Rasim Mustafayev barəsində bir müddət imiş ki, 8-ci Polis Bölməsində araşdırma aparılırmış. Belə ki, R.Mustafayev xeyli müddıt imiş ki, E.Hüseynlinin bacısı Türkan Hüseynova ilə münasibət yaratmağa çalışırmış. O, dəfələrlə 32 yaşlı xanıma yaxınlaşaraq ondan xoşu gəldiyini bildirib. Lakin qarşı tərəf R.Mustafayevə rədd cavabı verib. Bundan sonra onların münasibətləri kəskinləşib və bir müddət əvvəl R.Mustafayev Türkanın evinə gələrək mübahisə edib, hətta onun anasına xəsarətlər yetirib. Bu səbəbdən ailə R.Mustafayevdən polisə şikayət edib. Araşdırmalar çərçivəsində R.Mustafayev polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb. Bu gecə isə 34 yaşlı kişi evdə kimsənin olmadığı vaxt həyətə daxil olaraq gizlənib. Gecə saatlarında T.Hüseynova qardaşı və anası ilə evə qayıdanda R.Mustafayev onlara hücum edərək bıçaqlayıb. 24 yaşlı E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. Xəsarət alan T.Hüseynova isə ambulator müalicəyə yazılıb.
Hazırda R.Mustafayevin tutulması istiqamətində iş aparılır.
****
10:34
Bu gecə Bakının Səbail rayonunda törədilmiş qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən şəxsin 1981-ci il təvəllüdlü Mustafayev Rasim Teymuraz oğlu olması müəyyən edilib. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Bildirilir ki, R.Mustafayev E.Hüseynlinin bacısı Türkanın sevirmiş. Bu gecə 34 yaşlı Rasim onların evinə gəlib və bacı ilə qardaşı bıçaqlayıb. E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. T.Hüseynova isə ambulator müalicəyə yazılıb.
Faktla bağlı cinayət işi açılıb.
*****
07:40
APA-nın məlumatına görə, 33 yaşlı Türkan Elçin qızı Hüseynova və onun qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılarkən yolda keçinib. Türkan Hüseynova isə, xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra evə buraxılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib. Belə ki, evdə heç kim olmadığı zaman Rasim Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib. Türkan, Elvin və anaları evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vurub və qaçıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.