Yanvarın 18-də Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan şəxslər tutulub. Lent.az-ın məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 18-də M.Cəlal küçəsində yaşayan Dilbər Mustafayevanın evindən 15 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxslər müəyyənləşdirilib. Ucar rayon sakini, 1992-ci il təvəllüdlü Haqverdiyev Tural Bahəddin oğlu və 1995-ci il təvəllüdlü Haqverdiyeva Fidan Ələsgər qızı tutularaq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı məlum olub ki, evdən külli miqdarda qızılı oğurlayan 21 yaşlı Fidan ev sahibinin bacısı qızıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.