Bakıda 200 minlik avtomobil prokurorluğun qarşısında aşdı
26 sentyabr 2013 14:50 (UTC +04:00)

Bakıda 200 minlik avtomobil prokurorluğun qarşısında aşdı

Bu gün saat 13 radələrində Xətai rayonu ərazisində, prokurorluq binasının qarşısında avtomobil aşıb. Lent.az-ın hadisə yerindsə olan əməkdaşının verdiyi məlumata görə, Sabit Orucov küçəsi 19 ünvanının qarşısında yüksək sürətlə hərəkət edən “Mercedes Gelanwagen” markalı avtomobil sürücünün idarəetməsindən çıxıb və aşıb. Dərhal avtomobilin nömrələri açılıb.

 

 
Şahidlərin vesti.az-a bildirdiyinə görə, qəzadan heç bir əzik olmadan çıxan avtomobilin sürücüsü əyləci basa bilməyib, qəflətən sükanı çevirib və çətinliklə də olsa qarşıdan hərəkət edən “Opel” markalı avtomobillə toqquşmadan qaça bilib. Nəticədə avtomobil prokurorluğun dəmir hasarına çırpılıb və aşıb. 

 

Qeyd edək ki, qəzaya uğrayan avtomobilin qiyməti 150-200 min dollar arasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8812
avatar

Nizam Rza

Oxşar yazılar