Mayın 12-də axşam saatlarında Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Abdulla Şaiq küçəsi 1 ünvanının qarşısında Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhmədli Elgün Etibar oğlu bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib. 20 yaşlı oğlan polisə ilkin ifadəsində deyib ki, onu tanımadığı 2 nəfər bıçaqlayıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Həsənov Eldat Musa oğlu müəyyən edilərək saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.