İntihar edən məktəbli yüksək rütbəli hərbçinin qızıdır – <span style="color:red;">YENİLƏNİB
06 mart 2014 18:41 (UTC +04:00)

İntihar edən məktəbli yüksək rütbəli hərbçinin qızıdır – YENİLƏNİB

0

11-ci sinif şagirdi Zərifə Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq, bağışlanmasını istəyib


 

Bakıda özünü binadan ataraq intihar edən qızın yüksək rütbəli hərbçinin övladı olduğu məlum olub.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Zərifə Əsədova Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızıdır.

 

Polisdən həmçinin bildirilib ki, Z. Əsədova Hövsanda yaşayıb. Bir gün əvvəl yaşadığı evi tərk edən qız bu gün Səbail rayonu, Mətbuat prospekti, 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb.

 

Z. Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq bağışlanmasını istəyib.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

***

17.10

Bu gün Bakı şəhərinin Səbail rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, özünü 9-cu mərtəbədən ataraq intihar edən 17 yaşlı Zərifə Əsədova bu gün səhər saatlarında evlərində baş vermiş mübahisədən sonra qaçıb. Nəsimi rayonu R.Hüseynov küçəsi 7, mənzil 533 ünvanındakı evdən çıxan gənc qız Səbail rayonu ərazisinə gəlib. Mətbuat prospekti 2 ünvanındakı 9 mərtəbəli binanın damına çıxmaq istəyən qız pilləkəni tapa bilməyib və 9-cu mərtəbənin blokundakı pəncərədən özünü atıb.

 

Orta məktəb şagirdi olan 17 yaşlı Zərifə Əsədovanın hansı səbəbdən evdən qaçması, nəyə görə Mətbuat prospektindəki binanı seçməsi və digər qaranlıq məqamlar araşdırılır.

 

Qeyd edək ki, gənc qız intihar etməzdən əvvəl atasına sms yazıb.

 

 

*****

 

15:43

 

 

 

Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Mətbuat prospektində yerləşən 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən gənc qız özünü atıb. O, hadisə yerindəcə keçinib. İlkin araşdırmalarla ölən qızın 1997-ci ildə anadan olmuş Əsədova Zərifə Mübariz qızı olması müəyyən edilib. Qızın telefonundan son alaraq atasına yazdığı sms aşkarlanıb: “Ata, məni bağışla, mən bacara bilmədim!" .

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 18210

Oxşar yazılar