Bakıda 17 və 13 yaşlı iki qız yoxa çıxıb
07 avqust 2014 12:28 (UTC +04:00)

Bakıda 17 və 13 yaşlı iki qız yoxa çıxıb

Bakıda iki nəfər itkin düşüb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yüzbəy Mürsəlov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Əliyeva Aidə Rəhim qızı iyulun 30-u evdən çıxıb və bir daha geri qayıtmayıb. Polisə müraciət edən 17 yaşlı qızın atası onun xarakterik əlamətlərini təqdim edib.

 

Oxşar müraciət Sabunçu Rayon Polis İdarəsinə də daxil olub. APA-nın məlumatına görə, Yeni Suraxanı qəsəbəsi, B. Mirqəzəm küçəsi, ev 13-də yaşayan 1982-ci il təvəllüdlü Manafova Səmənnaz Rəcəb qızı avqustun 4-də 13-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, psixoloji problemləri olan qızı 2001-ci il təvəllüdlü Manafova Alsu Müşfiq qızı avqustun 1-də Bakıxanov qəsəbəsində yerləşən “Anastasiya” idman kompleksinə idmana gedib, oradan təxminən saat 15:00-da çıxaraq naməlum şəraitdə itkin düşüb. O da bildirilib ki, A. Manafova əvvəllər də bir neçə dəfə evdən xəbərsiz gedib.

 

A. Manafovanın çəkisi 82, boyu 162 sm, gözlərinin rəngi qəhvəyi, dolu sifət, saçı qara rəngdədir. O, itkin düşdüyü gün əynində ağ rəngdə köynək, qara rəngli şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

 

Faktla bağlı araşdırma aparılır.                                                  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6181
avatar

Nizam Rza

Oxşar yazılar