Bakıda 1500 uşaq kinoteratrda pulsuz kinoya baxacaq
30 dekabr 2015 16:42 (UTC +04:00)

Bakıda 1500 uşaq kinoteratrda pulsuz kinoya baxacaq

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin qış tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Lent.az-ın məlumatına görə, tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayonda yerləşən orta məktəb şagirdlərinin Azərbaycan Tarixi Muzeyinə, İçəri şəhərdəki Miniatür Kitab Muzeyinə və Şirvanşahlar Saray Kompleksinə pulsuz ekskursiyaları təşkil olunub və RİH tərəfindən tərtib edilmiş qrafik əsasında məktəblərin ekskursiyaları keçiriləcək.

 

 

Artıq bu gündən etibarən uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Səbail RİH tərəfindən «Alov Qüllələri» Kompleksindəki «Sinema-klub» kinoteartrında 3D həcmli uşaq filmlərinin pulsuz  nümayişi təşkil olunub. İlk tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları iştirak edilər. Hər gün 150 nəfər uşaq üçün keçiriləcək  kinoseanslarda Səbail rayon məktəbliləri ilə yanaşı həm də UAFA təşkilatının üzvü olan fiziki qüsurlu uşaqlar da iştirak edəcəklər. Seans zamanı uşaqlara həm də iş adamlarının hədiyyəsi olaraq pulsuz meyvə şirəsi və popkorn veriləcək. Qış tətili günlərində 1500 nəfər uşağın pulsuz filmlərə baxması və 2000-dən çox uşağın isə muzeylərə ekskursiyaları təşkil olunması nəzərdə tutulub. Bu kimi tədbirlərin keçirilməsi valideynlərin ürəyindən olub, onlar bu təşəbbüsə görə öz dərin minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar