Abşeronda <span style="color:red;">AĞIR QƏZA
28 avqust 2015 10:20 (UTC +04:00)

Abşeronda AĞIR QƏZA

Bu gün Abşeron rayonunda ağır yol qəzası baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu ərazisində "Mercedes" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması barədə müraciət daxil olub.

 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:35-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar