Bakı yaxınlığında 9 avtomobil toqquşdu: yaralılar var
07 may 2013 13:49 (UTC +04:00)

Bakı yaxınlığında 9 avtomobil toqquşdu: yaralılar var

Mayın 6-da saat 16.00 radələrində Abşeron rayonu ərazisində bir neçə avtomobilin toqquşması ilə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran şəhər sakini Elvin Qurbanov idarə etdiyi "KamAZ" markalı avtomaşını qarşıda gedən Kürdəmir rayon sakini Natiq Qurbanovun idarə etdiyi "Opel Astra" markalı avtomaşına vurub. Sonradan avtomaşınlar zəncirvarı qaydada Şərur rayon sakini Həsənqulu Nəcəfovun idarə etdiyi "Toyota Prado", Tərtər rayon sakini Sirac Əliyevin idarə etdiyi "Daevoo Nexia", Bakı şəhər sakini Əsəddin Hüseynovun idarə etdiyi "QAZ-330218", İmişli rayon sakini Fərasət Sarxanovun idarə etdiyi  "İsuzu", Hökməli qəsəbə sakinləri Fəxrəddin Tağıyevin idarə etdiyi "VAZ-2106", Rəhim Rəhimovun idarə etdiyi "VAZ-2106" və İsmayıllı rayon sakini Elman Abbasovun idarə etdiyi "Opel Astra" markalı avtomaşınlarla toqquşub. Nəticədə xəsarət almış E.Abbasov, N.Qurbanov və F.Sarxanovun sərnişinləri - Sulutəpə qəsəbə sakinləri Eyyubbala Qasımov və Araz İsayev xəstəxanaya yerləşdirilib.

 


Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514
avatar

Nizam Rza

Oxşar yazılar