Bakıda tanınmış musiqiçi həbsdən qorxub özünü öldürdü <span style="color:red;">- ŞOK TƏFƏRRÜAT  - FOTO
15 mart 2018 18:10 (UTC +04:00)

Bakıda tanınmış musiqiçi həbsdən qorxub özünü öldürdü - ŞOK TƏFƏRRÜAT - FOTO

 

Bakıda tanınmış musiqiçi, Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənovun özünü öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 43 yaşlı P.Həsənov Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində özünü zəhərləyərkən evdə tək olub. Hadisə barədə ilk olaraq qonşular xəbər tutub və onun yaxınlarına məlumat verib. 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilən musiqiçi orada ölüb.

 

Mərhum musiqiçinin qardaşı Gülməmməd Həsənov criminal.az saytına açıqlamasında bildirib ki, Pircanı bəzi insanlar yaşamaqdan bezdirib: ''Ötən ilin yayında Pircanla qonşu Sərman Bağırov arasında mübahisə olmuşdu. Qonşular onları ayıraraq sakitləşdirib, sonra həmin Sərmanın ana-bacısı qardaşımın üstünə gəlib. Onlar Pircana hücum edib, öz həyətlərinə salmaq istəyiblər. Həmin vaxt qaçan Sərman Bağırov sürüşərək yıxılıb və ayağı sınıb. Bunun şahidləri də var. Bütün şahidlər də bölməyə çağrılaraq dindirilib. Bundan sonra Sərmanın atası Pircanı polisə verib. Polisdən Pircana barışıq təklif olundu. Biz də həmin ailəyə gedib barışıq təklif etdik. Biz 2000-2500 manat verməyə imkanımız olduğunu dedik. Onlar isə 9000 manat istədilər. Anamla ikinci dəfə onların qapısına getdik. Bizi qovdular, dedilər ki, aşağısı 8 min manat müalicə xərcini verin, sonra barışıq barədə danşarıq. Razılıq olmadığından, bölmə rəisi əsəbləşdi və işi məhkəməyə göndərdi''.

 

G.Həsənov deyir ki, qardaşı rəhmətə getməmişdən bir gün qabaq, yəni martın 13-də məhkəməsi olub: ''Pircan məhkəməyə özü gedib. Zərərçəkən məhkəməyə gəlməyib. Vəkili deyib ki, guya yataqdadır. Halbuki hər gün VAZ-2107 maşını ilə taksi fəaliyyətindədir. Məhkəmədə Pircanı sıxışdırıblar, 2 ildən 8 ilədək həbs cəzası oxuyublar, 26 min manat da pul tələb olunub. Bu məbləğdən 6 mini müalicə xərcləri, yerdə qalanı isə 10 ay işləmədiyinə görə. Deyiblər ki, ola bilsin, sabah həbs ediləcəksən. Məhkəmədən evə qayıdan Pircan dostlarına zəng edərək sabah həbs olunacağını deyib”.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

*****

 

12:42

 

Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.

 

***

 

10:41

 

 

Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Nizam Rza

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21