Bakı sakini ağaca çıxaraq özünü asmaq istədi
16 oktyabr 2015 02:26 (UTC +04:00)

Bakı sakini ağaca çıxaraq özünü asmaq istədi

0

Bakıda intihara cəhdin qarşısı alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda 1 nəfər ağaca çıxaraq özünü asmaqla intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar