Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhərinin Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dalğıc-xilasedicilər axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində saat 15:15 radələrində 1 nəfər naməlum kişi cəsədi suda aşkarlanaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda ölən şəxsin kimliyi araşdırılır.