Bu gün Bakıda dəniz sahilində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1990-cı il təvəllüdlü Nəzərli Ziya İltifat oğlu dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Dərhal hadisə yerinə cəlb olunmuş FHN Dövlət Sularında Xilasetmə Xidmətinin müvafiq dalğıc-xilasediciləri tərəfindən vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 17:23-də başa çatıb.