Bakı - Şamaxı-Yevlax avtomobil yolunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində həlak olanların şəxsiyyəti müəyyənləşib. Lent.az-ın məlumatına görə, “Mitsubishi” markalı, 90 GC 751 nömrə nişanlı avtomobilin aşması nəticəsində sərnişinlər 1995-ci il təvəllüdlü Abdullayev Anar Mircəlal oğlu və 1983-cü il təvəllüdlü Qasımov Aqil Əlövsət oğlu dünyasını dəyişib. Sürücü 1980-ci il təvəllüdlü Mustafayev Tural Mübariz oğlu isə xəstəxanaya yerləşdirilib,
******
10:24
Fevralın 27-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində 90 GC 751 nömrə nişanlı “Mitsubishi” markalı avtomobil sürücünün idarəetməsindən çıxıb. Yol kənarında yuvarlanan avtomobildə olan iki nəfər hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda ölən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.