Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Bakı-Sumqayıt sərnişin qatarı dəmir yolu xəttinin Keşlə-Biləcəri mənzilində Abbasov Məhərrəm Əlihüseyn oğlunu vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.