Bakı-Şamaxı yolunda ağır qəza: <span style="color:red;">qadın öldü
07 yanvar 2016 10:11 (UTC +04:00)

Bakı-Şamaxı yolunda ağır qəza: qadın öldü

Bakı-Şamaxı magistralında ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, yolun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində Vəliyev Samir Sərdar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə 40-45 yaşlı qadını vurub. Ağır xəsarətlər alan qadın Respublika Kliniki Xəstəxnasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin araşdırmadan sonra ölən piyadanın 1969-cu il təvəllüdlü Əhmədova Afaq Əbdülhəsən qızı olması müəyyənləşib. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar