Bakı-Quba yolunda ağır qəza: <span style="color:red;">yaralılar var
20 aprel 2014 18:35 (UTC +04:00)

Bakı-Quba yolunda ağır qəza: yaralılar var

Bakı-Quba yolunda qəza olub. Lent.az-ın anspress-ə istinadəın verdiyi məlumata görə, magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində, Taxta Körpüyə çatmamış "VAZ 21010" markalı avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sərnişinlər ağır xəsarətlər alıblar. Onlar təcili xəstəxanaya çatdırılıblar. Hadisə şahidlərinin verdikləri məlumata görə, sürücü xəsarət alsa da, hadisə yerini tərk etməyib. Sumqayıt sakini olduğunu bildirən sürücü qəzaya səbəb kimi qarşısına "KamAZ" markalı maşının çıxmasını göstərib.

Yaralı halda xəstəxanaya aparılan sərnişinlərdən biri sürücünün anası olub. 

Hadisə yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıblar. 

# 1603
avatar

Oxşar yazılar