APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Bakı şəhər sakini Əzizov Nurməmməd Rza oğlunun idarə etdiyi 90 GD 643 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı maşınının yoldan çıxaraq ağaca çırpılması nəticəsində sürücü və onun qardaşı Quba rayonu, Afurca kənd sakini 1952-ci il təvəllüdlü Əzizov Əziz Rza oğlu dünyasını dəyişib.
Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1993-cü il təvəllüdlü Şükürova Sevinc Ədalət qızı, 2003-cü il təvəllüdlü Şükürov Asim Ədalət oğlu və 2004-cü il təvəllüdlü Əzizova Xədicə Ayəddin qızıdır.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun rayonunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mitsubishi Pajero” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.