Tərtərdə 18 yaşlı oğlan namus üstündə qətlə yetirilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hüsənli kəndində qeydə alınıb. Kənd sakini 1996-cı il təvəllüdü Fərahim Əlizadə həmyerlisi 1995-ci il təvəllüdlü Vasif Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Prokurorluqdan həmçinin bildirilib ki, V. Əliyev F. Əlizadənin bacısını narahat etdiyi üçün bıçaqladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.