Azyaşlı uşaq kanalda boğulub
27 sentyabr 2013 23:40 (UTC +04:00)

Azyaşlı uşaq kanalda boğulub

Bakının Sabunçu rayonunda azyaşlı uşaq su kanalına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

 

Azyaşlının meyiti batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

# 614
avatar

Oxşar yazılar