Azərbaycanlını soyan DİN əməkdaşları tutulub - İnquşetiyada
08 dekabr 2016 13:42 (UTC +04:00)

Azərbaycanlını soyan DİN əməkdaşları tutulub - İnquşetiyada

İnquşetiyada Azərbaycan vətəndaşına qarşı soyğunçuluqda təqsirli bilinən Respublika Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin rəisi Timur Xamyoyev və onun bir neçə köməkçisi saxlanılıb.

 

APA-nın  RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan Azərbaycan vətəndaşı Rusiya İstintaq Komitəsinin nın İnquşetiya üzrə İstintaq İdarəsinə müraciət edib.

 

Azərbaycan vətəndaşı müraciətində bildirib ki, 2016-cı il noyabrın 9-da özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən  naməlum silahlı şəxslər Karabulak şəhərində onu zorla “Lada-Priora" avtomobilinə oturdaraq naməlum istiqamətə aparıblar.

 

Həmin şəxslər zor tətbiq  edərək ona məxsus "Audi A6" avtomobilini və mobil telefonunu ələ keçiriblər.

 

“Sonra əcnəbi vətəndaş sərbəst buraxılıb və ondan mülkünü geri almaq üçün bir ay ərzində 800 min rubl gətirmək tələb  olunub”, -deyə məlumatda bildirilir.

 

Məsələ ilə bağlı bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq soyğunçuluq törədilməsi  maddəsi ilə cinayət işi başlanılıb. Artıq cinayət işi ilə bağlı zərərçəkən, şahidlər, polis əməkdaşları dindirilib, məhkəmə ekspertizası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

APA Baycan

Oxşar yazılar