Azərbaycanda söyüşə görə 21 yaşlı oğlanı güllələyib öldürdülər
06 mart 2015 12:53 (UTC +04:00)

Azərbaycanda söyüşə görə 21 yaşlı oğlanı güllələyib öldürdülər

Martın 5-də Kürdəmir rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, Axtaçı Qarabucaq kəndində naməlum şəxs tüfəngdən atəş açaraq Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Neman Budaqova xəsarət yetirib. Nəticədə N.Budaqov hadisə yerində ölüb.

 

 

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini, 1992-ci il təvəllüdlü Toğrul Bağırov tutulub.

 

T.Bağırov ilkin ifadəsində hadisəni münaqişə zəmində söyüş üstündə törətdiyini deyib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Nizam Rza

Oxşar yazılar