Lənkəranda oğurluqla məşğul olan iki nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Vasif Məmmədova məxsus stomatoloji kabinetdən 25-30 qram qızıl dişləri oğurlamış rayon sakinləri Ramiz Talıbov və Əşrəf Məmmədov tutulub. Ə.Məmmədovun evinə baxış zamanı 4,4 qram heroin və 15 ədəd qızıl diş aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.