
Azərbaycanda qəbiristanlıq yanır - YENİLƏNİB
0
0
Ağdamda qəbiristanlıqda baş verən yanğın söndürülüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonunun Əfətli kəndində kənd məzarlığının ərazisində 2 ha quru ot kol-kos yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
17:52
Ağdamın cəbhə xəttində yerləşən kənd məzarlığında yanğın baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əfətli kənd məzarlığında baş verən alovu söndürmək üçün FHN-in Ağdam yanğınsöndürmə bölməsi cəlb olunub.
0
0