Nazirin qardaşı və polkovnik dəhşətli qəzada öldü - <span style="color:red;">YENİLƏNİB
20 aprel 2014 12:15 (UTC +04:00)

Nazirin qardaşı və polkovnik dəhşətli qəzada öldü - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş dəhşətli yol qəzası zamanı həlak olan Dövlət Sərhəd Xidmətinin əməkdaşının adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Pusyan kəndi yaxınlığında avtomobilin aşması nəticəsində Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədovla birgə DSX-nın Şərur postunun komendantı, polkovnik Nemət Mahmudov da həlak olub. Onun cənazəsi bu gün səhər saatlarında təyyarə ilə Bakıya yola salınıb. Bu gün həmçinin Abbas Əhmədov da Naxçıvanda dəfn ediləcək.

 

`````

 

9:37

 

Naxçıvan Muxtar Respulikasının Şərur rayonunun Pusyan kəndində avtomobil qəzası baş verib. Lent.az axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsində Abbas Əhmədov hadisə yerində həlak olub. Onunla birlikdə Sərhəd Qoşunlarının Şərur zastavalarının komendantı da ölüb. Məlumata görə, Abbas Əhmədov toy məclisindən qayıdırmış.

 

Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili İşlər naziri Əhməd Əhmədovun qardaşıdır. Hazırda təqaüddə olan A.Əhmədov fermer təsərrüfatı ilə məşğul imiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18963
avatar

Nizam Rza

Oxşar yazılar