Azərbaycanda mağazadan külli miqdarda dəyəri olan tütün məmulatları oğurlanıb. Lent.az xəbər verir ki, hadisə Zərdab rayonunda baş verib. Rayon ərazisində yerləşən və Azər Əliyevə məxsus olan mağazadan 70 min manatlıq siqaret naməlum şəraitdə oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun rayon sakinləri Mail Əsgərov və Abdulla Kərimov tutulub.
Faktla bağlı cinayət işi açılıb.