Azərbaycanda iki qadın faciəvi şəkildə öldü
03 noyabr 2015 14:00 (UTC +04:00)

Azərbaycanda iki qadın faciəvi şəkildə öldü

Azərbaycanda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 3-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Hədiyyə Hacıyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

 

Bundan başqa noyabrın 2-də Goranboy rayonunun Sarovlu kəndində yaşayan azyaşlı Nurcahan Rzayeva evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub. Onun meyiti sudan çıxarılıb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 87
avatar

Oxşar yazılar