Azərbaycanda evləri qarət edən Türkmənistan vətəndaşı tutuldu
27 oktyabr 2015 22:51 (UTC +04:00)

Azərbaycanda evləri qarət edən Türkmənistan vətəndaşı tutuldu

0

Abşeron polisi evlərdən oğurluq edən şəxsləri saxlayıb. APA-nın məlumatına görə, rayonun Hökməli qəsəbəsində yaşayan Qurbanov Rəhim Tofiq oğlu Abşeron Rayon Polis İdarəsinə evindən oğurluq olunması ilə bağlı  ərizə ilə müraciət edib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən Mirəliyev Mircabir Mirteymur oğlu və onun tanışı Türkmənistan Respublikasının vətəndaşı Nurberdiyev Halmurad Rəcəb oğlu saxlanılıb. İşin istintaqını aparan müstəntiq Eldəniz Əsgərovun sözlərinə görə, saxlanılan şəxslərin avtomobillərdən oğurluq etmələri də üzə çıxıb.

 

Qeyd edək ki, hər iki şəxsin ifadəsi alınıb və onlar törətdikləri əməlləri etiraf ediblər. Narkotik aludəçisi olduğunu deyən Mircabir Mirəliyev  oğurluğa narkotikə olan tələbatını ödəmək üçün əl atdığını söyləyib.  Türkmənistan vətəndaşı Nurberdiyev Halmuradla da oğurluqda ona kömək etməsi üçün tanış olub.

 

Saxlanılan Halmurad Nurberdiyevin sözlərinə görə, oğurladıqları əşyaları dəyər-dəyməzə sataraq narkotik maddə alıblar. İşi aparan müstəntiqin sözlərinə görə, saxlanılan şəxslərin indiyə kimi vətəndaşlara 6 min manat dəyərində ziyan vurduqları müəyyən edilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar