Azərbaycanda ən çox korrupsiya bu sektordadır - RƏSMİ
25 iyul 2018 11:04 (UTC +04:00)

Azərbaycanda ən çox korrupsiya bu sektordadır - RƏSMİ

Bu il Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb.

 

APA-nın məlumatına görə, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

 

Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

APA Baycan

Oxşar yazılar