Azərbaycanda dələduzluqla məşğul olan müstəntiq həbs olunub
23 oktyabr 2013 11:17 (UTC +04:00)

Azərbaycanda dələduzluqla məşğul olan müstəntiq həbs olunub

Bakıda dələduzluq etdiyinə görə axtarışa verilmiş şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ələmşah Şükürov tutulub.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Şükürov Ələmşah Nəsib oğlu uzun müddət prokurorluq orqanlarında çalışıb. Qusar rayon Prokurorluğunun böyük müstəntiqi olan Ələmşah Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 25 noyabr 2009-cu il tarixli əmrlə rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ə. Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib, bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

 

Daha sonra cinayət işi tamamlanaraq məhkəməyə göndərilib. Məhkəmə Ə.Şükürovu həbs etməyib və vətəndaşlara vurduğu ziyanı ödəməsi ilə bağlı qərar çıxarıb. Lakin sabiq böyük müstəntiq məhkəmə qərarının icrasından yayınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4066
avatar

Nizam Rza

Oxşar yazılar