Azərbaycanda dəhşətli olay: <span style="color:red;">qadın yanaraq öldü
01 fevral 2015 10:26 (UTC +04:00)

Azərbaycanda dəhşətli olay: qadın yanaraq öldü

Bərdə rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 12 km aralı) 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:41-də söndürülüb.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190

Oxşar yazılar