Azərbaycanda daha bir qadın doğuşdan sonra ölüb. Lent.az-ın məlumatına görə, hadisə Ağstafa rayonunda baş verib. Martın 2-də Mərkəzi rayon Xəstəxanasında övlad dünyaya gətirən 1988-ci il təvəllüdlü Əhmədova Təranə Elşən qızı 1 gün sonra dünyasını dəyişib.
Bildirilir ki, T.Əhmədovanın övladı qeysəriyə əməliyyatı ilə dünyaya gəlib. Ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır.