Azərbaycanda bu gün
31 mart 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

31 mart

 

1818. Qazax, Şəmsədil və Borçalıda ağa və kəndlilər arasında münasibətləri

nizamlayan “Əsasnamə” qəbul edilib

 

1861. Xanəndə Cabbar Qaryağdıoğlu anadan olub

 

1918. Erməni daşnakları və bolşeviklər Bakı, Şamaxı və Quba da daxil olmaqla Azərbaycanın əksər bölgələrində yerli camaata qarşı soyqırımı törədib. 30 martda başlayan qırğını dayandırmaq üçün müsəlman nümayəndələri Bakı Sovet İcraiyyə Komitəsinə gəldilər. İnqilabı Müdafiə Komitəsinin ultimatumunun qəbul edilməsinə baxmayaraq, P.Caparidze ilə aparılan danışıqlar nəinki heç bir müsbət nəticə verməyib. Əksinə, müsəlman heyətindən üç nəfər geri qayıdarkən yolda güllələnib. Eyni axşam İçərişəhərin alınması əməliyyatı başlayıb.

 

1920. Azərbaycan Respublikası ilə Sovet Rusiyası arasında ticarət müqaviləsi imzalanıb

 

2004. Azərbaycan və  Belarus Respublikası arasında sərbəst ticarət haqqında Saziş imzalanıb

 

2007. Geoloq Fərman Salmanov Moskva vəfat edib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar