18 fevral
1905. Çar II Nikolayın fərmanı ilə Bakı şəhəri və quberniyasında hərbi vəziyyət tətbiq olunub
1895. Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olub
1920. Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən istefa verib, lakin ticarət, sənaye və ərzaq naziri vəzifəsini saxlayıb
1921. Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb
1922. Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb
1933. Bakı təyyarə limanı açılıb
1988. Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşadan başqa bütün rayon sovetlərində 15 fevralda başlayan sessiyalar başa çatıb. Bütün sovetlər DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsini təklif edən qərarlar qəbul edib.
1990. Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub
2009. “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri təntənəli mərasimlə açılıb
2010 .Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixracı dayandırılıb
2010. Keçmiş Azərbaycan vətəndaşı Pol Murad Nevada ştatı qubernatorluğuna namizədliyini irəli sürüb
2010. Ermənilərin atəşkəsi pozması nəticəsində 3 Azərbaycan əsgəri həlak olub...