Azərbaycanda axtarılan 51 nəfər saxlanıldı
Daxii İşlər Nazirliyi dünən respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, gün ərzində törədilən 11 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq təhvil verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
736