Azərbaycanda alkoqolsuz içkilərin tərkibinə dair yeni tələblər
24 sentyabr 2015 11:41 (UTC +04:00)

Azərbaycanda alkoqolsuz içkilərin tərkibinə dair yeni tələblər

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Alkoqolsuz tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər” dövlət standartını təsdiq edib.

 

APA-nın məlumatına görə, bu standart çay, kofe və çay və kofe ekstrakt əsaslı digər alkoqolsuz içkilərə şamil edilmir.

 

Alkoqolsuz tonuslandırıcı içkilər tərkibində insan orqanizmində tonuslandırıcı effekti təmin edəcək miqdarda kofein və ya digər tonuslandırıcı komponentlər olan xüsusi təyinatlı alkoqolsuz içkilərdir. Alkoqolsuz energetik içkilər isə quru maddələrin kütlə payı 10%-dən az olmayan alkoqolsuz tonuslandırıcı içkilərdir. Xarici görünüşünə görə alkoqolsuz içkilər şəffaf və bulanıq, karbon 4 oksidin doyma səviyyəsinə görə qazlaşdırımış və qazlaşdırılmamış olur. Qazlı içkilərdə karbon 4 oksidin kütlə payı ən azı 0,20 faiz, kofeinin miqdarı ən azı 1 kubsantimetrdə  151 mq, ən çoxu 0.4 mq, quru maddələrin kütlə payı (energetik içkilər üçün) ən azı 10 faiz olmalıdır. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır. Tonuslandırıcı komponentlər insan orqanizminə tonuslandırıcı təsir göstərən xüsusi kimyəvi maddələrdir. Alkoqolsuz tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır. Tonuslandırıcı inqridientlər tonuslandırıcı komponentlərə malik sadə və ya mürəkkəb tərkibli alkoqolsuz tonuslandırıcı içkilərin əsas hissəsidir. Tonuslandırıcı inqredient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan ( kofein, ginqozidlər, eleuterozidlər sxizandrina və s) kofein və / və ya bitki ekstraktı ( quaran, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər.  Alkoqolsuz tonuslandırıcı içkilərin istehsalında asan həzm olunan karbohidratlar, mineral maddələr, vitaminlər və vitaminəbənzər maddələr, energetik mübadilənin stimulyator və substratları istifadə edilə bilər.

 

Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində 100 kubsantimetrdə 300-400 mq taurin, 80-120 mq L- karnitin, vitaminlərə gəlincə,  6-8 mq B 3, 1-2 mq B 5, 1-2 mq B6, 0,001-0,002 mq B12, 10-25 mq Inozit olmalıdır. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından məhsullarının istehsalında istifadə olunması qadağandır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15