
Azərbaycanda AĞIR QƏZA: yaralılar var - YENİLƏNİB
Yevlaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan 5 nəfər xəstəxanaya aparılıb.
Onlardan biri sadəcə, qəza zamanı stress keçirdiyi üçün tibbi yardıma ehtiyac olmayıb. Xəsarət alanlar Oğuz sakinləri 1965-ci il təvəllüdlü Məhərrəmova Bağdagül Murad qızı, onun oğlu 1995-ci il təvəllüdlü Məhərrəmov Allahverdi Alışan oğlu və gəlini 1999-cu il təvəllüdlü Məhərrəmova Maşxal Həsən qızı və onların qohumu 1978-ci il təvəllüdlü Xusanova Zöhrə Mustaf qızıdır. Özbəkistanda yaşayan Z. Xusanova ailəyə qonaq gəlibmiş.
Qəzada xəsarət alanlardan 3-nün durumu orta-ağırdır.
15:18
Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, yaralananlar var.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə az öncə rayonun Hacıselli kəndi yaxınlığında baş verib.
“Kamaz” markalı yük maşını “VAZ2106” markalı minik avtomobili ilə ilə toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25