Bu gün Bərdə rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Xanərəb kənd sakini, 1935-ci il təvəllüdlü Fazil Cəfərov özünü yaşadığı evin tavanından asıb. Onun asılı vəziyyətdə qalmış meyitini gəlini aşkarlayıb və dərhal xəbər verib.
Yaxınlarının verdiyi xəbərə görə F.Cəfərov xeyli müddət prostat vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkirmiş.
İlkin ehtimala görə, onun özünə qəsd etməsinin əsas səbəbi də xəstəliyinin ağırlaşması olub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb.