Dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 11-də Bakı şəhərinin Nərimanov rayon sakini Nail Qasımov, Sulutəpə sakini Hamlet Əsgərov və Tovuz rayon sakini Mahizər Abdullayeva mənzillərində dəm qazından zəhərlənərək ölüb.
Yanvarın 12-də isə Bakının Sabunçu rayon sakini Elton Rəcəbov yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Hır bir fakt üzrə araşdırma aparılır.