Aprelin 3-də Beyləqan şəhərində törədilmiş qətl hadisəsinin üstü açılıb. Lent.az xəbər verir ki, Nizami küçəsindəki evdə 39 yaşlı Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyidinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.
Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.