Ağcabədi rayonunda faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, martın 10-da Xocavənd kənd sakini, 2012-ci il təvəllüdlü Əliş Əzizov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. Uşaq aldığı xəsarətdən dünyasını dəyişib.
Bildirilir ki, ilkin məlumatda azyaşlının maşın vurması nəticəsində öldüyü bildirilsə də, sonradan onun pəncərədən yıxılması məlum olub. Araşdırmalar davam etdirilir.